Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti

O Həzrətin (ə) mübarək adı Əli əleyhissəlamdır. Nəqi o həzrətin ləqəbidir.

 Atası İmam Məhəmməd Təqi əleyhissəlam anası Susən xanımdır. İmam Əliyyən Nəqi əleyhissəlam hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. 

Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa əleyhissəlam, ikinci İmam Rza əleyhissəlam cənablarıdır. 

O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. 

O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. 

O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. 

Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi sevməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. 

Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. 

Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli əleyhissəlam öz oğlu İmam Həsən Əskəri əleyhissəlamı çağırıb Rəsuli-Əkrəmin Allahın salamı olsun ona və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. 

Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə şəhid edilddi. Onun oğlu İmam Həsən Əskəri əleyhissəlam ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi.

 Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub.

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))