Bu, hədis olmaya bilər... amma!
Bu, hədis olmaya bilər... amma!
"Hər kəs aşiq ola, istəyə və bu istəyi gizlədə və iffətini qoruya və səbr edə, sonra isə ölə, şəhid kimi ölüb, Allah onun günahını bağışlayar və cənnətə daxil olar".
من عشق فكتم و عف و صبر فمات مات شهيدا و – (غفر اللَّه له) - دخل الجنة
Həzrət Məhəmməd peyğəmbərə (s) mənsub.
İbn Əbil-Hədid və digərləri bu hədisi İmam Əlinin (ə) aşağıdakı hədisinin şərhində gətiriblər ki, İmam (ə) buyurur:
مَا الْمُجَاهِدُ الشَّهِيدُ فِي سَبِيلِ اللَّهِ بِأَعْظَمَ أَجْراً مِمَّنْ قَدَرَ فَعَفَّ لَكَادَ الْعَفِيفُ أَنْ يَكُونَ مَلَكاً مِنَ الْمَلَائِكَةِ.
"Allah yolunda döyüşdə şəhid olan kəsin əcri və savabı haram iş görməyə qüdrəti olduğu halda iffətini qoruyan kəsin savabından çox və böyük deyil. İffətli insan az qalır ki, göyün mələklərindən biri olsun".
Həmçinin Həzrət Süleyman ibn Davuddan (ə) nəql olunan hikmətli bir sözdə deyilir:
"Nəfsinə qələbə çalan şəxs bir şəhəri təkbaşına fəth edən şəxsdən daha qüvvətlidir - أن الغالب لهواه أشد من الذي يفتح المدينة وحدهs".
İbn Əbil-Hədid, "Şərhu Nəcul-Bəlağə", c.20, s.233, hikmət: 482 - iffət barədə hekayələr; Şeyx Bəhai (vf. 1031 hq), "Minhacun-Nəcah", s.80, fəsl.10.
***
Qısa şərh:
1). Bu hədis sənəd baxımından zəifdir. Yəni ümumiyyətlə sənədi yoxdur və heç bir qədim hədis mənbəsində tapa bilmədik.
2). Mətninə gəldikdə isə məna baxımından Quran və Sünnə maarifinə uyğundur.
3). Burada "əşəqə" (aşiq olmaq) bizim dərk etdiyimiz saf eşq və məhəbbət mənasında deyil. Bəlkə nəfsi istəklərə uyub haram bir şeyə bağlanmaqdır. Bu haram şey "naməhrəm qadın" və ya istənilən bir maddi istək ola bilər.
4). Ümumi İslam maarifini nəzərə alsaq, bu mənaya çatıdırıq ki, insanın nəfsi ona haram olan bir şeyi istəyərsə, insan həmin şeyi təmin etmək iqtidarında olarsa, amma Allahın əmrinə boyun əyərək nəfsinə yox deyərsə, səbr edərək iffətini qoruyarsa, nəfs ilə mübarizədə qalib çıxdığı üçün şəhidlər qədər savab qazanar. Necə ki, məşhur hədislərdə nəfslə mübarizə etmək böyük cihad sayılıb.
www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın