Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » İbn Cəzəri Nişapurda İmam Müslimin qəbrindən hədis nəqli icazəsini alır
Русская версия сайта Русская версия сайта
sitename
İbn Cəzəri Nişapurda İmam Müslimin qəbrindən hədis nəqli icazəsini alır
Məşhur əhli-sünnə alimi və hədis şərhçisi Şeyx Nuriddin Molla Əli əl-Qari əl-Hənəfi (vf. 1014 hq) özünün "Mirqatul Məfatih Şərhu Mişkatil Məsabih" (c.1, s.64) əsərində yazır: 
قال شيخ مشايخنا علامة العلماء المتبحرين شمس الدين بن الجزري في مقدمة شرحه للمصابيح: إني زرت قبره بنيسابور (يعني مسلم بن الحجاج القشيري) وقرأت بعض صحيحه على سبيل التيمن والتبرك عند قبره ورأيت ءاثار البركة ورجاء الإجابة في تربته
"Şeyxlərimizin şeyxi, mütəbəhhir (ən dərin savada malik) alimlərin əllaməsi Şəmsüddin ibn əl-Cəzəri (751-883 hq) Bəğəvinin (433-516 hq) "Məsabihus-Sunnə" kitabına yazdığı şərhin (Təshihul-Məsabih / ət-Tozih fi şərhil-Məsabih) müqəddiməsində deyir: 
"Mən Müslim ibn Həccac Qüşəyrinin (əhli-sünnənin 6 səhih hədis kitabından 2-cisinin müəllifi) qəbrini Nişapur şəhərində ziyarət etdim. Və onun "Səhih"inin (Səhihi-Müslim) bəzi hissələrini "təyəmmun" və "təbərrük" qəsdi ilə qəbrinə oxudum. Bu işimin bərəkətli təsirini və onun türbəti (qəbri) yanında istəyin qəbul olunmasını gördüm"."
P.S: Vəhabilərin əqidəsinə görə əhli-sünnənin İbn Cəzəri və Molla Əli Qari kimi məşhur hədis alimləri və hədis kitablarının şərhçiləri müşrikdirlər. Amma vəhabilər bunu gizlədir, Peyğəmbərin və İmamların qəbirlərinə təbərrük edən şiələri isə təkfir edirlər.  
 Yox, əgər öz alimlərinizin bu işini qəbul edirsinizsə, bizdən niyə qəbul etmirsiniz. Necə olur ki, Müslimin səhih kitabı onun qəbrinə qiraət edilir (qədim alimlərin hədis kitabını müəllifi üçün oxuyub rəvayət etmək üçün icazə alırdılar), ruhu da İbn Cəzəriyə duaçı olur və İbn Cəzəri bunun bərəkəti həyatında görür (yəni dolayısı ilə Müslimin ruhu Cəzəriyə hədislərin nəqli icazəsini veribmiş), amma Peyğəmbərin və Əhli-Beytdən (ə) olan imamların mübarək və müqqəddəs qəbirləri və ruhları buna malik deyil?!
@mirmehemmed_beshir
www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))