Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » » Mübarək Ramazan ayında gündəlik namazlardan sonra oxunan dualar
Русская версия сайта Русская версия сайта
sitename

Mübarək Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua - ‘Ya Əliyyu, ya Əzim’ duası


بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم

يا عَلِيُّ يا عَظيمُ يا غَفُورُ يا رَحيمُ اَنْتَ الرَّبُّ الْعَظيمُ اَلَّذي لَيْسَ كَمِثْلِهِ شَيءٌ وَهُوَ السَّميعُ الْبَصيرُ وَهذا شَهْرٌ عَظَّمْتَهُ وَكَرَّمْتَهُ وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَهُوَ الشَّهْرُ الَّذي فَرَضْتَ صِيامَهُ عَلَيَّ وَهُوَ شَهْرُ رَمَضانَ الَّذي اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، هُدىً لِلنّاسِ وَبَيِّنات مِنَ الْهُدى وَالْفُرْقانَ وَجَعَلْتَ فيهِ لَيْلَةَ الْقَدْرِ وَجَعَلْتَها خَيْراً مِنْ اَلْفِ شَهْر فَيا ذَا الْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكاكِ رَقَبَتي مِنَ النّارِ فيمَنْ تَمُنَّ عَلَيْهِ، وَ اَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ


DUANIN OXUNUŞU


Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.


DUANIN TƏRCÜMƏSİ


Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi!



İFTAR DUASI:


Ərəbcə:

اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي


Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli


Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm.


Ramazan ayının 1-ci gününün duası

Ərəbcə:

اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ


Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.


Tərcüməsi: İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Ramazan ayının 2-ci gününün duası 

Ərəbcə: 

  اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ 



Oxunuşu: Bismillahir-Rahmanir-Rahim. Əllahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.


Tərcüməsi: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Ramazan ayının 3-cü gününün duası 


Ərəbcə:


اَللّـهُمَّ ارْزُقْني فيهِ الذِّهْنَ وَالتَّنْبيهَ، وَباعِدْني فيهِ مِنَ السَّفاهَةِ وَالَّتمْويهِ، وَاجْعَلْ لى نَصيباً مِنْ كُلِّ خَيْر تُنْزِلُ فيهِ، بِجُودِكَ يا اَجْوَدَ الاجْوَدينَ .


Oxunuşu:  Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.


Tərcüməsi: İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!

Ramazan ayının 4-cü gününün duası

Ərəbcə: 


اَللّـهُمَّ قَوِّني فيهِ عَلى اِقامَةِ اَمْرِكَ، وَاَذِقْني فيهِ حَلاوَةَ ذِكْرِكَ، وَاَوْزِعْني فيهِ لاِداءِ شُكْرِكَ بِكَرَمِكَ، وَاحْفَظْني فيهِ بِحِفْظِكَ وَسَتْرِكَ، يا اَبْصَرَ النّاظِرينَ


Oxunuşu:  Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi`ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.


Tərcüməsi: İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükür etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 


8 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr)


Allah dualarınızı qəbul etsin!

Ramazanayının 5-ci gününün duası 

Ərəbcə:


اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنْ الْمُسْتَغْفِرينَ، وَاجْعَلْني فيهِ مِنْ عِبادِكَ الصّالِحينَ اْلقانِتينَ، وَاجْعَلني فيهِ مِنْ اَوْلِيائِكَ الْمُقَرَّبينَ، بِرَأْفَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ


Oxunuşu:  Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs-salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər-rahimin.


Tərcüməsi:  İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver, məni təvazökar və saleh bəndələrinin sırasında yerləşdir, məni bu gün Sənə yaxın olan bəndələrindən təyin et, ey mehribanların ən mehribanı!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 


2 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)



Allah dualarınızı qəbul etsin!

Ramazan ayının 6-cı gününün duası


Ərəbcə:


اَللّـهُمَّ لا تَخْذُلْني فيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ، وَلاتَضْرِبْني بِسِياطِ نَقِمَتِكَ، وَزَحْزِحْني فيهِ مِنْ مُوجِباتِ سَخَطِكَ، بِمَنِّكَ وَاَياديكَ يا مُنْتَهى رَغْبَةِ الرّاغِبينَ


Oxunuşu:  Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin.


Tərcüməsi: İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!




Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk)


Allah dualarınızı qəbul etsin!

Ramazan ayının 7-ci gününün duası 

Ərəbcə: 

اَللّـهُمَّ اَعِنّي فِيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْني فيهِ مِنْ هَفَواتِهِ وَآثامِهِ، وَارْزُقْني فيهِ ذِكْرَكَ بِدَوامِهِ بِتَوْفيقِكَ يا هادِيَ الْمُضِلّينَ

Oxunuşu:  Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin.

 Tərcüməsi:  İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən!

 Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm.

 Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

  4 rukət (Hər rukətdə 1 Həmd, 13 Qədr)

Allah dualarınızı qəbul etsin!

Mübarək Ramazan ayının 8-ci gününün duası 


Ərəbcə:


اَللّـهُمَّ ارْزُقْني فيهِ رَحْمَةَ الاَيْتامِ، وَاِطْعامَ اَلطَّعامِ، وَاِفْشاءَ السَّلامِ، وَصُحْبَةَ الْكِرامِ بِطَولِكَ يا مَلْجَاَ الاْمِلينَ


Duanın oxunuşu: Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət-təam, və ifşaəs-səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin.


Duanın tərcüməsi: İlahi, Öz nemətinlə bu gün məni yetimlərə rəhm edən, yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver, məni kəramətli və yaxşı insanlarla yoldaş et, ey arzu edənlərin sığınacaq və pənahı!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz


8-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas və namazdan sonra min dəfə "Subhənəllah")


Mübarək Ramazan ayının 9-cu gününün duası


اَللّـهُمَّ اجْعَلْ لي فيهِ نَصيباً مِنْ رَحْمَتِكَ الْواسِعَةِ، وَاهْدِني فيهِ لِبَراهينِكَ السّاطِعَةِ، وَخُذْ بِناصِيَتي اِلى مَرْضاتِكَ الْجامِعَةِ بِمَحَبَّتِكَ يا اَمَلَ الْمُشْتاقينَ


Duanın oxunuşu: Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.


Duanın tərcüməsi: İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu! 



Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

9-cu gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 7 Ayətəlkürsü və namazdan sonra 50 dəfə salavat)

Mübarək Ramazan ayının 10-cu gününün duası


اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنَ الْمُتَوَكِّلينَ عَلَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْفائِزينَ لَدَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْمُقَرَّبينَ اِلَيْكَ بِاِحْسانِكَ يا غايَةَ الطّالِبين


Duanın oxunuşu:  Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.


Duanın tərcüməsi: İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!



Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

10-cu gün - 20 rukət (Hər rukətdə 1 Həmd, 30 ixlas)


Mübarək Ramazan ayının 11-ci gününün duası 


اَللّـهُمَّ حَبِّبْ اِلَيَّ فيهِ الاِحْسانَ، وَكَرِّهْ اِلَيَّ فيهِ الْفُسُوقَ وَالْعِصْيانَ، وَحَرِّمْ عَلَيَّ فيهِ السَّخَطَ وَالنّيرانَ بِعَوْنِكَ يا غِياثَ الْمُسْتَغيثينَ


Duanın oxunuşu: Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.  


Duanın tərcüməsi:  İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən!



Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

11-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 Kovsər) 


Mübarək Ramazan ayının 12-ci gününün duası


 اَللّـهُمَّ زَيِّنّي فيهِ بِالسِّتْرِ وَالْعَفافِ، وَاسْتُرْني فيهِ بِلِباسِ الْقُنُوعِ وَالْكَفافِ، وَاحْمِلْني فيهِ عَلَى الْعَدْلِ وَالاِنْصافِ، وَآمِنّي فيهِ مِنْ كُلِّ ما اَخافُ بِعِصْمَتِكَ يا عِصْمَةَ الْخائِفينَ


Duanın oxunuşu: Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin.


 Duanın tərcüməsi: İlahi, Öz gözətçiliyinlə bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir, mənə qənaət və kifayət libası geyindir, məni bu gün ədalət və insafa vadar et, məni qorxduğum işlərdən amanda saxla, ey qorxanların gözətçisi!



 Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
 12-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 30 Qədr)

Mübarək Ramazan ayının 13-cü gününün duası


 اَللّـهُمَّ طَهِّرْني فيهِ مِنَ الدَّنَسِ وَالاَقْذارِ، وَصَبِّرْني فيهِ عَلى كائِناتِ الاَقْدارِ، وَوَفِّقْني فيهِ لِلتُّقى وَصُحْبَةِ الابْرارِ بِعَوْنِكَ يا قُرَّةَ عَيْنِ الْمَساكينَ


Duanın oxunuşu: Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit-tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əy­il məsakin.


Duanın tərcüməsi: İlahi, Öz köməyinlə bu gün məni çirkin əməl və pis işlərdən pak et, bu gün baş verəcək müqəddəratda mənə səbir və dözüm ver, məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey yoxsulların gözünün işığı!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

13-cü gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 25 İxlas)

Mübarək Ramazan ayının 14-cü gününün duası


 اَللّـهُمَّ لا تُؤاخِذْني فيهِ بِالْعَثَراتِ، وَاَقِلْني فيهِ مِنَ الْخَطايا وَالْهَفَواتِ، وَلا تَجْعَلْني فيهِ غَرَضاً لِلْبَلايا وَالاْفاتِ، بِعِزَّتِكَ يا عِزَّ الْمُسْلِمينَ


Duanın oxunuşu: Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.


Duanın tərcüməsi: İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti! 




Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

14-cü gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 30 Zəlzələ)


Mübarək Ramazan ayının 15-ci gününün duası 


اَللّـهُمَّ ارْزُقْني فيهِ طاعَةَ الْخاشِعينَ، وَاشْرَحْ فيهِ صَدْري بِاِنابَةِ الُمخْبِتينَ، بِاَمانِكَ يا اَمانَ الْخائِفينَ


Duanın oxunuşu:  Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin.


Duanın tərcüməsi:  İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən!




Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

15-ci gün - 4 rukət (1-ci rukətdə 1 Həmd, 100 İxlas, 2-ci rukətdə 1 Həmd, 50 İxlas)

Mübarək Ramazan ayının 16-cı gününün duası


 اَللّـهُمَّ وَفِّقْني فيهِ لِمُوافَقَةِ الابْرارِ، وَجَنِّبْني فيهِ مُرافَقَةَ الاْشْرارِ، وَآوِني فيهِ بِرَحْمَتِكَ اِلى دارِ الْقَـرارِ، بِاِلهِيَّتِكَ يا اِلـهَ الْعالَمينَ


Duanın oxunuşu:


Əllahummə vəffiqni fihi limuvafəqətil əbrar, və cənnibni fihi murafəqətəl əşrar, və avini fihi birəhmətikə ila daril qərar, biilahiyyətikə ya ilahəl aləmin.


Duanın tərcüməsi: İlahi, Öz böyüklüyünlə bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et, pis və şər insanlardan uzaqlaşdır və Öz rəhmətinlə məni əbədi behişt evində məskunlaşdır, ey aləmlərin məbudu!




Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

16-cı gün- 12 rukət (Hər rukətdə 1 Həmd, 12 Təkasur)

Mübarək Ramazan ayının 17-ci gününün duası


 اَللّـهُمَّ اهْدِني فيهِ لِصالِحِ الاعْمالِ، وَاقْضِ لي فيهِ الْحَوائِجَ وَالْأمالَ، يا مَنْ لا يَحْتاجُ اِلَى التَّفْسيرِ وَالسُّؤالِ، يا عالِماً بِما في صُدُورِ الْعالَمينَ، صَلِّ عَلى مُحَمَّد وَآلِهِ الطّاهِرينَ


Duanın oxunuşu:  Əllahumməhdini fihi lisalihəl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət təfsiri vəs-sual, ya alimən bima fi suduril aləmin, səlli əla Muhəmmədin və alihit-tahirin.




Duanın tərcüməsi: İlahi, bu gün məni yaxşı əməllərə doğru yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlblərində olanları bilən, salamın olsun Mühəmməd və onun pak Əhli-beytinə!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz


17-ci gün- 2 rukət (1-ci rukətdə 1 Həmd, 1 İxlas, 2-ci rukətdə 1 Həmd, 100 İxlas)



Mübarək Ramazan atının 18-ci gününün duası 


اَللّـهُمَّ نَبِّهْني فيهِ لِبَرَكاتِ اَسْحارِهِ، وَنَوِّرْ فيهِ قَلْبي بِضياءِ اَنْوارِهِ، وَخُذْ بِكُلِّ اَعْضائي اِلَى اتِّباعِ آثارِهِ، بِنُورِكَ يا مُنَوِّرَ قُلُوبِ الْعارِفينَ


Duanın oxunuşu: Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.


Duanın tərcüməsi: İlahi, Öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et, bu gün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et, ey qəlbləri nurlandıran Allah!



Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

18-ci gün- 4 rukət (Hər rukətdə 1 Həmd, 25 kovsər)



Mübarək Ramazan ayının 19-cu gününün duası 



اَللّـهُمَّ وَفِّرْ فيهِ حَظّي مِنْ بَرَكاتِهِ، وَسَهِّلْ سَبيلي اِلى خَيْراتِهِ، وَلا تَحْرِمْني قَبُولَ حَسَناتِهِ، يا هادِياً اِلَى الْحَقِّ الْمُبينِ


Duanın oxunuşu: Əllahummə vəffir fihi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl həqqil mubin.


Duanın tərcüməsi: İlahi, bu ayın bərəkətlərindən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbulundan məhrum etmə. Ey aşkar həqiqətə doğru hidayət edən!



Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

19-cu gün - 50 rukət (Hər rukətdə 1 Həmd, 1 Zəlzələ)

Mübarək Ramazan ayının 20-ci günün duası


 اَللّـهُمَّ افْتَحْ لي فيهِ اَبْوابَ الْجِنانِ، وَ اَغْلِقْ عَنّي فيهِ اَبْوابَ النّيرانِ، وَ وَفِّقْني فيهِ لِتِلاوَةِالْقُرْآنِ، يا مُنْزِلَ السَّكينَةِ فى قُلُوبِ الْمُؤْمِنينَ


Duanın oxunuşu:  Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin.


Duanın tərcüməsi:  İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:


 20-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)

Mübarək Ramazan ayının 21-ci günün duası


 اَللّـهُمَّ اجْعَلْ لى فيهِ اِلى مَرْضاتِكَ دَليلاً، وَلا تَجْعَلْ لِلشَّيْطانِ فيهِ عَلَيَّ سَبيلاً، وَاجْعَلِ الْجَنَّةَ لى مَنْزِلاً وَمَقيلاً، يا قاضِيَ حَوائِجِ الطّالِبينَ


Duanın oxunuşu: Əllahumməc`əl li fihi ila mərzatikə dəlila, və la təc`əl liş-şəytani fihi ələyyə səbila, vəc`əlil cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit-talibin.   


Duanın tərcüməsi: İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey istəyənlərin ehtiyaclarını ödəyən! 



Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:


21-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)


Mübarək Ramazan ayının 22-ci günün duası


 اَللّـهُمَّ افْتَحْ لى فيهِ اَبْوابَ فَضْلِكَ، وَاَنْزِلْ عَلَيَّ فيهِ بَرَكاتِكَ، وَوَفِّقْني فيهِ لِمُوجِباتِ مَرْضاتِكَ، وَاَسْكِنّي فيهِ بُحْبُوحاتِ جَنّاتِكَ، يا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ


Duanın oxunuşu: Əllahumməftəh li fihi əbvabə fəzlik, və ənzil ələyyə fihi bərəkatik, və vəffiqni fihi limucibati mərzatik, və əskinni fihi buhbuhati cənnatik, ya mucibə də`vətil muztərrin.


Duanın tərcüməsi: İlahi, bu gün Öz ehsan qapılarını mənim üzümə aç və Öz bərəkətlərini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ortasında (ən gözəl yerində) məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!




Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:


22-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)

Mübarək Ramazan ayının 23-cü günün duası


 اللَّهُمَّ اغْسِلْنِي فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِي فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِي فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ 


Duanın oxunuşu: Əllahumməğsilni fihi minəz zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəq-vəl qulub, ya muqilə əsəratil muznibin. 


Duanın tərcüməsi:  İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən! 

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

23-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)

Mübarək Ramazan ayının 24-cü günün duası



 اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيهِ مَا يُرْضِيكَ وَ أَعُوذُ بِكَ مِمَّا يُؤْذِيكَ وَ أَسْأَلُكَ التَّوْفِيقَ فِيهِ لِأَنْ أُطِيعَكَ وَ لا أَعْصِيَكَ يَا جَوَادَ السَّائِلِينَ



Duanın oxunuşu:  Əllahummə inni əs`əlukə fihi ma yurzik, və əuzu bikə mim-ma yu`zik, və əs`əlukət təvfiqə fihi li ən utiəkə və la ə`siyək, ya cəvadəs sailin.


Duanın tərcüməsi: İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah! 

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

 24-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 1 istənilən surə)

Mübarək Ramazan ayının 25-ci günün duası


 اَللّـهُمَّ اجْعَلْني فيهِ مُحِبَّاً لِأَوْلِيآئِكَ، وَمُعادِياً لِأَعْدآئِكَ، مُسْتَنّاً بِسُنَّةِ خاتَمِ اَنْبِيائِكَ، يا عاصِمَ قُلُوبِ النَّبِيّينَ


Duanın oxunuşu: Əllahumməc`əlni fihi muhibbən liəvliyaik, və muadiyən liə`daik, mustənnən bisunnəti xatəmi ənbiyaik, ya asimə qulubin-nəbiyyin.


Duanın tərcüməsi: İlahi, məni bu gün dostlarını sevən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin şərəf və yolunu üstün tutub ona əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini qoruyan!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

25-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas)

Mübarək Ramazan ayının 26-cı günün duası 


 اللَّهُمَّ اجْعَلْ سَعْيِي فِيهِ مَشْكُورا وَ ذَنْبِي فِيهِ مَغْفُورا وَ عَمَلِي فِيهِ مَقْبُولا وَ عَيْبِي فِيهِ مَسْتُورا يَا أَسْمَعَ السَّامِعِينَ 


Duanın oxunuşu: Əllahumməc`əl sə`yi fihi məşkura, və zənbi fihi məğfura, və əməli fihi məqbula, və əybi fihi məstura, ya əsməəs samiin.


Duanın tərcüməsi: İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

26-cı gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 100 İxlas)

Mübarək Ramazan ayının 27-ci günün duası


 اللَّهُمَّ ارْزُقْنِي فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِي فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِي وَ حُطَّ عَنِّيَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ


Duanın oxunuşu: Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin.

Duanın tərcüməsi:  İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!


 Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
  27-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk. 28 İxlas da oxuna bilər)


Mübarək Ramazan ayının 28-ci günün duası


 اللَّهُمَّ وَفِّرْ حَظِّي فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِي فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِي إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ 


Duanın oxunuşu: Əllahummə vəffir həzzi fihi minən nəvafil, və əkrimni fihi biihzaril məsail, və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin.


Duanın tərcüməsi: İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah! 

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

28-ci gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 100 Ayətəlkursi, 100 İxlas, 100 Kovsər və namazdan sonra 100 dəfə salavat)

Mübarək Ramazan ayının 29-cu günün duası


 اللَّهُمَّ غَشِّنِي فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِي فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِي مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ الْمُؤْمِنِينَ


Duanın oxunuşu: Əllahummə ğəşşini fihi bir rəhməh, vərzuqni fihit təvfiqə vəl isməh, və təhhir qəlbi min ğəyahibit tuhəməh, ya rəhimən biibadihil mu`minin.   


Duanın tərcüməsi: İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah! 


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

29-cu gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas)

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))