Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename



İmam Sadiq (ə) buyurmuşdur: 

لاَ تُرَاءِ بِعَمَلِكَ مَن لا يُحْيِي وَ لا يُمِيتُ وَ لا يُغْنِي عَنْكَ شَيْئًا

“Öz xeyirxah işlərini nə həyat və ölüm əllərində olmayan, nə də sənin çətinliklərini həll edə bilməyən kəslərə göstərmək (riya) məqsədi ilə yerinə yetirmə.”[1]

Qısa izah

Riyakarlıq və özünü nümayiş etdirməyi adət halına çevirən bir qrup insanın demək olar ki, bütün həyat devizi puç və mənasızdır. Belə insanlar mədəniyyət yerinə ruhsuz zahir, real həyat yerinə mövhumat və xəyallar, səadət və xoşbəxtlik əvəzinə yalnız quru bir ad, din və məzhəbdən isə təkcə bir növ silsiləvi mərasimlərlə kifayətlənirlər. Şübhəsiz, özlərini bu şəkildə nümayiş etdirən insanların mənfəəti riyakarlıq və ikiüzlülükdən başqa, heç bir şey deyildir.

Bu səbəbdən, İslam dini belə iyrənc sifəti şiddətli şəkildə tənqid edir və bu barədə öz nəzərini bildirərək deyir: "Sənin müqəddərat və taleyin belə insanların ixtiyarında deyil! Belə isə, riyakarlıq etmək nəyə lazımdır?! "

Əgər biz bütün nemətlər, o cümlədən, izzət və səadətə nail olmağın bağışlayan və mehriban Allah tərəfindən olması həqiqətinə diqqət yetirə bilsək, bu zaman şəxsiyyət və mənliyimizi digərləri müqabilində nümayiş etdirməyimizə ehtiyac qalmaz.

[1] “Biharul-ənvar”, c. 69, səh. 300.

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))