Qədir-Xum Hədisi barədə yazılmış əsərlərə bir baxış

Qədir-Xum Hədisi barədə yazılmış əsərlərə bir baxış.
Qədir-xum Hədisi elə bir şöhrət və əhəmiyyətə malikdir ki, əsrlər boyu əhli-beyt və əhli –sünnə məzhəblərinin alimləri onun haqqında xüsusi kitablar tərtib etmişlər. Şübhəsiz ki, bu barədə yazılan bütün kitabların adını çəkmək , bu müxtəsər yazıda qeyd etmək çətindir. Odur ki, burada Əhli-beyt və əhli-sünnə məzhəblərinin kitablarından yalnız birneçəsinin adını çəkməklə kifayətlənirik.
"Qadir-Xum" barədə Əhli–beyt məzhəbi alimlərinin əsərləri: İndiyədək Əhli–beyt məzhəbinin alimlərindən bir çoxları "Qadir-xum hadisəsi ilə bağlı kitablar yazımşlar. Onlardan bir neçəsi ilə tanış oluruq;
1. Əbu–Talib Übeydullah ibn Əhməd ibn Zeyd Ənbari Vasiti (vəfatı: 356 h q.); o, bu barədə "Turuqu-hədisil-Qədir" adlı kitabı tərtib etmişdir.
2. Əbulfəzl Məhəmməd ibn Abdullah ibn Müttəlib Şeybani (vəfatı: 372 11 q.); o, "Mən rəva hədisə–Qədiri–Xum " adlı kitab tərtib etmişdir.
3. Şeyx Möhsün ibn Hüseyn ibn Əhməd Nişapuri Xüzai; o, bu mövzu barədə ”Bəyanu hədisil-Qədir" adlı kitabın müəllifidir.
4. Əli ibn Əbdür–Rəhman ibn İsa ibn Ürvə Qənati (vəfatı: 413 h. q.); o, bu burada "Turuqu-xəbəril–vilayət " adlı kitabı tərtib etmişdir.
5. Əbu–Abdullah Hüseyn ibn Übeydullah ibn İbrahim Gəzairi (vəfatı: 411 11. q.): o, "Kitabu-yovmil-Qədir” adlı kitabın müəllifidir.
6. Əbül–Fəth Məhəmməd ibn Əli ibn Osman Kəracəki (vəfatı: 449 h q.); o, "İddətül–bəsir fi həcci yavmil–Qədir " adlı kitabı tərtib etmişdir.
7. Əli ibn Bilal Məhləbi bu barədə "Hədisul–Qədir" adlı bir kitab yazmışdır.
8. Şeyx Mənsur Razi "Hədisül-Qədir” adlı kitabın müəllifidir.
9. Seyyid Mir Hamid Hüseyn Musəvi Hindi (vəfatı: 1306 h. q.); o, "Əbəqatul–ənvar fi isbati imamətil–Əimmətil–əthar” adlı qiymətli əsərinin iki cildini "Qədir-Xum" hədisinə həsr etmiş və bu hədisin sənəd, məzmun və şöhrəti barədə geniş bəhs açmışdır.
10. Seyyid Mehdi ibn Seyyid Əli Bəhrani (vəfatı: 1343 h q.) bu barədə "Hədisil–vilayət fi hədisul–Qədir " adlı kitabın müəllifidir.
11. Şeyx Abbas ibn Məhəmməd Rza Qummi (vəfatı: 1359 h. q.) bu barədə ”Feyzül–qədir ] hədisil-Qədir " adlı kitabı tərtib etmişdir.
12. Əllamə Şeyx Əbdül-Hüseyn Əmini (vəfatı: 1390 h q.) isə bu. barədə ”əl–Qədir fil–kitab vəs–sünnəli vəl-ədəb " adlı dəyərli əsərin müəllifidir. Nadir əsərlərdən biri sayılan bu kitab, iyirmi cilddən ibarətdir və indiyədək onun on bir cildi nəşr edilmişdir.
"Qədir-Xum" barədə Əhli-sünna məzhəbi alimlərinin əsərləri: Əhli–sünnə məzhəbinin alimləri tərəfindən də "Qədir–Xum" hadisəsi ilə bağlı kitab yazanlar çoxdur. Burada onlardan bir neçəsi ilə tanış oluruq:
1. Əbu-Cəfər Məhəmməd ibn Carir Təbəri ( 224-310 h q.); o, "Qədir Xum" hədisi barədə "əl –Vilayətu fi–turuqi–hədisil–Qədir" adlı kitab yazmışdır ..
2. "ibn Üqdə" laqabi ilə tanınmış Əbul–Abbas Əhməd ibn Məhəmməd ibn Səid Həmədani (vəfatı: 333 h q.); O, "Qədir–Xum" hədisinin sənədlərinə dair ”Kitabül-vilayət " adlı kitabı tərtib etmişdir.
3. "Cüabiyy" ləqəbi ilə tanınmış Əbu-Bəkr Məhəmməd ibn Ömər ibn Məhəmməd ibn Salim Təmimi Bağdadi (vəfatı: 355 h. q.) ”Mən rəva hədisə Qədiril–Xum " adlı kitabı tərtib etmişdir.
4. Hafiz Əli ibn Ömər Dar Qutni Bağdadi (vəfatı: 385 11. q.); o, "Qədir– Xum" hədisinin sənədlərinə dair kitabın müəllifidir.
5. Hafiz Əbu–Səid Məsud ibn Nasir Secistani (vəfatı: 477 h. q.); o, bu mövzuya dair ”əd–Dirayə fi hədisil-vilayə " adlı kitab yazmışdır.
6. Əbul-Qasim Übeydullah ibn Abdullah Həsəkani 5-ci əsrin alimlərindən biridir. o, bu barada ”Duatul-hudat ila–ədai həqqil–muvalat" adlı kitabı tərtib etmişdir.
7. Şəmsəddin Məhəmməd ibn Əhməd Zəhabi (vəfatı: 748 h. q.); o, bu haqda ”Tariqu hədisil-vəlayət” adlı kitab yazmışdır.
8. Şəmsəddin Məhəmməd ibn Məhəmməd Cəzəri Dəməşqi Şafei (vəfatı: 833 h. q.); o isə "Qədir-Xum" hədisinin "mütəvatir" hədislərdən olduğunu sübut etmək üçün "Əsnəl-mətalib fi–mənaqibi Əliyyibni ƏbuTah " adlı kitabı tərtib etmişdir.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın