Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » "Qədir-Xum" hədisinin "mütəvatir" və səhih hədislərdən olduğu barədə Əhli–sünnə hədis alimlərinin etirafları
Русская версия сайта Русская версия сайта
sitename


"Qədir-Xum" hədisinin "mütəvatir" və səhih hədislərdən olduğu barədə Əhli–sünnə hədis alimlərinin etirafları
"Qədir-Xum" hədisinin "mütəvatir" və səhih hədislərdən olduğu barədə Əhli–sünnə hədis alimlərinin etirafları.

 Həm Əhli–beyt və həm də Əhli-sünnə məzhəblərinin hədis alimlərinin "Qədir-Xum" hədisinin "mütəvatir" bir hədis olduğu barədə eyni bir nəzərlərə sahib olduqları baxımından bu hədis nadir hədislərdən biri sayılır. Bunu inkar etmək isə günün gündüz çağında günəşi inkar etməyə bənzəyir. Hər hansı bir hədisin "mütəvatir" olması o deməkdir ki; 

1-. Hadis ravilarinin silsiləsi məsum şəxsə Peyğəmbər və ya İmama, Əhli–sünnə baxımından isə Peyğəmbərdən əlavə səhabəyə çatması; 

2-. Hər mərtəbədə ravi silsiləsindəki fərdlərin sayı elə bir həddə olmalıdır ki, onların yalan bir xəbər çatdırmaqda əlbir olması təbii halda qeyri-mümkün olsun. 

3. Nəql olunan hədisin, müəyyən bir mövzunu aydınlaşdırması. 

Əhli-sünnə məzhəbinin hədis alimlərinin çoxu ."Qədir-Xum" hədisinin "mütəvatir" olduğunu etiraf etmişlər. Burada onların adlarını və bu barədə etiraflanın xülasə şəkildə nəzərinizə çatdırırıq. 

Lakin bu yazıda onların hamısının adım çəkmək qeyri-mümkün olduğu üçün burada yalnız onların bir qisminin adlarını və kitablarını qeyd edirik. 

Qeyd etməliyik ki, aşağıdakı adlarını çəkdiyimiz müəlliflərin ya özləri "Qədir-Xum" hədisinin "mütəvatir" olduğunu etiraf. etmiş, yaxud da özlərindən qabaq yaşayan Əhli–sünnənin tanınmış alimlərinin bu barədəki etiraflarını öz kitablarında qeyd etmişlər. 

1-. Cəlaləddin Süyuti (849–911 h. q.) ”Fəvaidül–mütəkasirə fil-axbarilmütəvatirə" və "əl-Əzharül–mütənasirə fil-əxbaril–mütəvatirə" adlı iki kitabında; 

2-. Əllamə Əzizi, "Şərhul–Camiis–səğir” kitabı, 3–cü cild, səhifə 360; 

3-. Molla Əli Qari Hənəfi, "əl–Murqat fi–şərhil-muşqat" kitabı, 5–ci cild, səhifə; 568; 

4-. Cəlaləddin Ətaullah ibn Fəzlullah Şirazi, "əl-Ərbəin " kitabında; 

5. Əllamə Manavi Şafei, "ət–Təysir fi–şərhil–Camiis–səğir” kitabı, 2-ci cild, səhifə 442.

7. Məhəmməd ibn İsmayıl Yəmani, ”ər–Rövzətül-nədiyyə " kitabında.

8. Məhəmməd Sədr Alim, "Məaricül–ula fi–mənaqibil Mürtəza " kitabında. 

9. Şeyx Abdullah Şafei, "Ərbəin " kitabında.

10-. Şeyx Ziyaəddin Müqbili, "əl-Əbhasül-müsəddədə fi–fünunil mütəəddidə " kitabında. 

11-. Əbül–Fida İsmayıl ibn Kəsir Şafei, "əl-Bidayətü vən–nihayə", Məhəmməd ibn Cərir Təbərinin tərcümeyi–halına həsr etdiyi hissədə.

12-. Əbu–Abdullah Hafiz Zəhabi, İbn Kəsir, onun bu barədə etirafını öz ”əl–Bidayətu vən–nihayə" kitabının 5–ci cildi, 213–214-cü səhifələrində nəql etmişdir.

13-. Hafiz İbn Cəzəri, "Əsnəl-mətalib fi–mənaqibi Əli ibn Əbu-Talib" kitabı, səhifə 48.

14. Şeyx Hisaməddin Müttəqi, ”əl–Müxtəsər" kitabında.  

15. Şeyx Sənaüllah, ”əs-Seyfül-məslul " kitabında. 

16. Məhəmməd Mübin Kəhnəvi, "Vəsilətun-nəcat fi-fəzailis-sadat”, səhifə 104 .

Həmçinin, bu hədisin səhih və mötəbər hədislərdən olduğu barədə də, etiraflar mövcuddur. Burada onlardan üç nümunəni qeyd etməklə kifayətlənirik.

1-. Hafiz Əbu–Abdullah Hakim Nişapuri (vəfatı:, 405 h. q.) "əl– Müstədrək ələs-Səhihəyn " adlı kitabında "Qədir–Xum" hədisi barədə yazır. 

Bu hədis Buxari və Müslimin hədisi səhih bildikləri üçün təyin etdikləri şərtlər əsasında səhih hədislərdən sayılsa da, onlar bu hədisi öz kitablarında nəql etməmişlər. "Mənbə: Əl-Müstadrak ələs-Sahihəyn", Hakim Nişapuri, 109.

2-. Hafiz İbn Cəzari "Əsnəl-mətalib fi–mənaqibi Əli ibn Əbu–Talib" 

kitabının 48-ci səhifəsində "Qadir-Xum" hədisini nəql etdikdən sonra onun haqqında belə yazır. 

"Bu hədis, bu sənədlə ”həsən ", habelə, müxtəlif sənəd və yollarla isə səhih və düzgün sayılır. Həmçinin, bu hədis həzrət Əmirəl–möminin Əli və həzrət Peyğəmbərdən Allahın salamı olsun onlara "mütəvatir" həddə qədər nəql olunmuşdur. Bir çoxları da bu hədisi nəql etınişləOdur ki, bu barədə məlumatı olmayıb, bu hədisi şübhə altına salmaq istəyənlərə etina olunmamalıdır... 

3-. Əbu–İsa Məhəmməd ibn İsa Termezi' (209-297 h. q.) "əl·Camius-səhi "  ”Sünənut–Termezi "adlı kitabında "Qədir–Xum" hədisini nəql etdikdən sonra onun haqqında belə yazmışdır.

”Bu hədis həsən yəni səhih və düzgün bir hədisdir. ”

"Qədir–Xum" hədisi Əhli–beyt məzhəbinin nəzərində də səhih və "mütəvatir" olduğu üçün bu barədə əlavə izaha ehtiyac görmürük

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))