“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
"Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
Məsum imamlar israr etmişlər ki, namazda "bismillah” ucadan deyilsin

Məsum imamlar israr etmişlər ki, namazda "bismillah” ucadan deyilsin. İmam Baqir (ə) namazda "bismillah” deməyənlər haqqında buyurmuşdur: "Quranın ən üstün ayəsini oğurladılar.” ("Bihar”, c. 85, s.20.) Beyhəqinin "Sünən”ində bir hədisdə belə deyilir: "Nə üçün bəziləri "bismillah”ı surədən saymırlar? ("Sünəne-Beyhəqi”, c. 2, s. 50.)
Şəhid Mütəhhəri həmd surəsinin təfsirində İbn Abbası, Asimi, Kəsayini, İbn Öməri, İbn Zübeyri, Ətaini, Tavusu, Fəxr Razini, Süyutini "bismillah”ı surədən sayanlar kimi tanıtdırır.
"Təfsiri-Qurtəbi”də imam Sadiqdən (ə) belə nəql olunur: "Bismillah” surələrin tacıdır.” Yalnız "Bəraət” ("Tövbə”) surəsinin başlanğıcında "bismillah” gəlməmişdir. Həzrət Əlinin (ə) buyruğuna əsasən, bunun səbəbi kafirlərdən və müşriklərdən üz döndərməyi əmr edən "Bəraət” surəsi ilə mərhəmət dolu "bismillah” kəlməsinin uyğun gəlməməsidir. ("Təfsiri-Məcməul-bəyan”; "Təfsiri-Fəxr Razi”.)
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın