Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » » O kəslər ki, iman gətirdilər və saleh əməllər etdilər, onlar yaradılmışların ən yaxşısıdır
Русская версия сайта Русская версия сайта
sitename

Yaradılmışların ən yaxşısı
İbn Abbas deyir: 
"O kəslər ki, iman gətirdilər və saleh əməllər etdilər, onlar yaradılmışların ən yaxşısıdır" (Bəyyinə:7) ayəsi 
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ 
nazil olanda Həzrət Peyğəmbər (s) Əli ibn Əbi Talibə (ə) xitabən buyurdu: 
هو أنت و شیعتک، تأتی أنت و شیعتک یوم القیامة راضین مرضیین و ياتي عدوک (اعداؤک) غضبانا مقمحین
Yaradılmışların ən yaxşısı sən və sənin şiələrindir. Sən və şiələrin Qiyamət günü sizin Allahdan və Allahın sizdən razı olduğunuz bir halda gələcəksiz. Və sənin düşmənlərin qəzəbli və əlləri boyunlarına bağlı halda gələcəklər".  
Bu hədisi 4-5-ci hicri əsrində yaşamış məşhur Əhli-sünnə alimi Hafiz Əbu Nüeym İsfəhani (vəfat: 430 hq) özünün "Ma nəzələ minəl Quran fi Əliyyin (ə)" (Quranda Əli barədə nazil olan ayələr) adlı kitabında nəlq etsə də bu kitab günümüzə gəlib çatmamışdır. Amma kitabın mövcud olduğu vaxtlarda bir sıra hədislər həmin kitaba istinadən müxtəlif kitablarda nəql edilmişdir.
Əbu Nüəymin vəfatından 100 il sonra dünyaya gəlmiş Əllamə İbn Bətriq (523-600 hq) onun kitabına istinadən bu hədisi özünün "Xəsaisul-Vəhyil-Mubin" adlı kitabında nəql etmişdir. Bu kitab isə günümüzdə mövcuddur. 
Müasir nüsxəşünas alim mərhum Məhəmməd Baqir Məhmudi (vəfat: 16 Aprel 1978) araşdırma apararaq Əbu Nüəyim İsfahaninin "Ma nəzələ minəl Quran fi Əliyyin (ə)" kitabının müxtəlif mənbələrdə pərakəndə olan hədislərini bir yerə toplamış, sənəd və istinadlarını təshih etmiş, hədislərin mövcud kitablarda mənbələrini tapmış və "ən-Nurul Müştəəl min kitabi Ma Nəzələ minəl-Qurani fi Əliyyin (ə) "  adlı bu kitabı 308 səhifədə çap və nəşr etmişdir. 
Bu hədisi mərhum Məhmudi həmin kitabın 273-274-cü səhifəsində 76-cı hədis olaraq nəql etmiş və hədisin bir çox əhl-sünnə kitablarında rəvayət edildiyini göstərmiş və aşağıdakı qaynaqlara istinad etmişdir: Hakim Şəvahidut-Tənzil (c.2, s.356); İbn Əsakir "Dəməş tarixi" (c.2, s.344 və 442); Syuti "Cəmul-Cəvame" (c.2, s.70); Xarəzmi "Mənaqib" (s.187); Təbərani "Möcəm" (c.1, s.300); Gənci Şafei "Kifayətut-Talib" (s.246); Təbərinin təfsiri (c.30, s.171); İbn Əsir, "ən-Nihayə", c.4, s.106.
t.me/mirmehemmed_beshir
#QədirXum
#ikmalayəsi
www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))