Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename
Vacibi-kifayi nə deməkdir?Şəriətdəki vacib əməllər insanlara aidiyyatına görə iki qismə bölünür: vacibi-eyni və vacibi-kifayi. Vacibi-eyni elə əməldir ki, onu icra etmək hər kəsə vacibdir. Kim bunu etməsə, günahkardır. Birinin bu əməli etməsi ilə o birinin boynundan vəzifə götürülməz. Məsələn, gündəlik namazlar, Ramazan orucu.

Vacibi-kifayi isə elə əməldir ki, əgər müsəlmanlardan kimsə bunu etsə, o biri müsəlmanların boynundan məsuliyyət götürülər. Amma nə qədər ki, bu işi heç kim görməyib, hamı günahkardır. Məsələn, vəfat etmiş şəxsə cənazə namazı qılmaq. Nə qədər ki, ölüyə cənazə namazı qılınmayıb, hamı bunda cavabdehdir. Amma kimsə qılsa, o birilər vəzifədən azad olar.


İslam.az
www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))