CÜMƏ TƏMİZLİYİ
İmam Sadiq (ə) buyurur:
"Cümə günü bəzənin, qüsl verin, xoş ətir vurun, saçınızı daraym, ən təmiz libasınızı geyinin. Çünki Allah o gün yer əhlinə diqqət edir ki, yaxşılıqları bir neçə qat artırsın".[1]
"Hər kim cümə günü qüsl verib, "Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Məhəmmədən əbduhu və rəsuluhu, Allahummə səlli əla Məhəmmədin vəcəlni minət-təwabinə vəcəlni minəl-mütətəhhirin’’[2]- desə, növbəti cüməyə qədər təmiz qalar".[3]
İmam Rza (ə) buyurur: "Dırnaqları çərşənbə axşamı tutun. Çərşənbə günü isə hamama gedin. Həcəmət ehtiyacınızı cümə axşamı qarşılayın. Cümə günü ən yaxşı ətirlərinizi vurun".[4]
Peyğəmbər (s) bujaırur: "Hər kim cümə günü dımağım tutsa, bığını qırxsa (düzəltsə), dişlərini firçalasa və cümə namazma gedərkən başına su töksə, min mələk onu müşayiət edər, onun üçün əfv diləyər və şəfaət istəyər".[5]
İmam Sadiq (ə) cümə günü qüsl verməyin ictimai fəlsəfəsi haqqında bu- yurur: "Ənsar (yerli Mədinə əhalisi) əkinini suvarır, əmlakı ilə məşğul olur, cümə günü isə məscidə gedirdi. İnsanlar onlarm bədənindən və qoltuqları- nın altından gələn pis qoxudan əziyyət çəkirdilər. Buna görə də Peyğəmbər onlara qüsl vermələrini tapşırdı və beləcə, bu, sünnəyə çevrildi".[6]
[1] "Əl-Kafi" c. 3, səh. 417.
[2]Tərcümə: "Şəhadət verirəm ki, vahid Allahdan başqa tanrı yoxdur. Onun şəriki yoxdur. Məhəmməd onun bəndəsi və elçsidir. İlahi! Məhəmməd və onun ailəsinə salam göndər. Məni tövbə edənlərdən və paklardan eü”
[3] "Əl-Fəqih", c. 1, səh. 112.
[4] "Üyun əxbar ər-Rza (ə)" c. 1, səh. 279.
[5] "Müstədrək əl-vəsail”, c. 6, səh. 46.
[6] "Əl-Kafi”, c. 6, səh. 506.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!