Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename

YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLAMAQ[media=https://youtu.be/3YzvrIOV3Vk]

Peyğəmbər (s) buyurur: “Kim süfrənin qırıntılarını yesə, Allah onu bağışlayar” 1

O həzrət (s) Əmirülmömininə (ə) buyurur: “Süfrənə tökülən yeməyi ye, çünki yoxsulluğu səndən uzaq edər. O, hurinin mehridir (kəbin haqqıdır). Kim onu yesə, qəlbi bilik, hövsələ, iman və nur ilə dolar”2 

Əmirülmöminin (ə) buyurur: “Süfrədəki qırıntıları yeyin, çünki onlar hər dərdin dərmanıdır.3

Ravi nəql edir: “İmam Cavadın yanında xörək yeməyə başladım. Süfrəni yığışdırdıqdan sonra xidmətçi yemək qırıntılarını toplamağa gəldi. Həzrət Cavad (ə) ona buyurdu: “Çöldə (səhrada) süfrədən tökülmüş qırıntıları, hətta qoyun budu olsa da, toplamayın. Evdə isə diqqətlə yığın .4

1“Əl-Came əs-səğir” с. 2, sәһ. 587, 2

2 “Əd-Dəəvat” səh, 154. 3 

3“Tühəf əl-üqul” səh. 103. 

4 “Əl-Fəqih” c. 3, səh. 356. 5

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))