Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename

GEYİM QAYDALARI

İslam peyğəmbəri (s) geyim haqqında söhbət açdığı kəlamlarında buyürur:

“Yüngül ayaqqabı geyinin, kitab əhli kimi olmayın (nəleyn - dabansız kişi ayaqqabısı - geyinin, çəkmə geyinməyin)”. 1

“Yaxşı ayaqqabı və təmiz libas geyinin”2

“Ayaqqabı və libas almaq istəyəndə onların yaxşısını və yenisini seç”3

“Ümmətimin kişi və qadınları cırıq və yamaqlı ayaqqabı geyinməkdən utanıb-çəkinməsələr, Allah (da) onlara qarşı tələbkar olmaz”4 

Qeyd: Bu cür hədislərin ismarışı odur ki, müsəlmanlar təmizliyə riayət etmək və yaxşı geyim seçməklə sadə həyat sürməli və dəbdəbəyə meyilli olmamalıdırlar.

Həzrət Məhəmməddən (s) gələn digər iki hədisdə deyilir:

“Libasınızı çıxartdıqda ona “Bismillah” oxuyun”.5

“Libaslarınızı çıxartdıqda onları qatlayın”6 

İmam Əli (ə) buyurur: “Kim həyatının davam etməsini istəyirsə, yaxşı ayaqqabı, rahat və yüngül libas geyinsin”7

İmam Sadiq (ə) buyurur: “Hamamda yuyunandan sonra geyinərkən de: “Allahummə, əlbisni ət-təqva və cənnibni әr-rәdа”(Tərcümə:“İlahil Məni təqva libası ilə ört və pislikdən uzaq et”)  Belə etsən, hər dərddən amanda olarsan”8

Ravi nəql edir: “İmam Rza libasını sağ tərəfdən geyinərdi. Təzə libas geyinəndə bir kasa suya on dəfə “İnna ənzəlnahu fi ləylətil-qədr”(Qədr surəsi) on dəfə “Qul huvəllahu əhəd” (İxlas surəsi) on dəfə də “Qul ya əyyuhəl-kafirun”( Kafirun surəsi)” ayələrini oxu yardı. Kim təzə libas geyindikdən sonra belə etsə, o libasın son sapı qalınca həmişə naz-nemət içində yaşayacaq”.9 

İshaq ibn Əmmar deyir: “İmam Sadiqdən soruşdum: “Möminin on köynəyi olması rəvadırmı?”

Buyurdu: “Bəli” Soruşdum: “İyirmi köynək necə?”

Buyurdu: “Bəli, bu, israf deyil. İsraf bayırlıq geyimi iş paltarına çevirməkdir"10 

İmam Sadiqdən (ə) gələn hədislərdə deyilir: 

“İsrafın ən aşağısı cəmiyyətdə nüfuzu qorumaq üçün geyilən rəsmi geyimdən yersiz istifadədir”.11 

“Qara ayaqqabı və sarı nəleyn (dabansız kişi ayaqqabısı) geyinmək sünnədir”.12

Həzrətin bu məzmuna işarə edən daha 2 hədisində aşağıdakılar qeyd olunur: 

“Kimsarı ayaqqabı geyinsə, həmin ayaqqabı köhnəlmədən xeyir tapar”13 “Kim sarı ayaqqabı geyinsə, köhnəlincəyə qədər şad оlаr”.14

İmam Sadiqin (ə) digər bir kəlamında oxuyuruq: “Yaxşı olar ki, yaslı adam əba geyinməsin. Əyninə tanına biləcəyi bir köynək geyinsin. Yaxşı olar ki, qonşuları üç gün (başsağlığına gələnləri) onun tərəfindən 

qəbul etsinlər”” Yəni yaslı adam adi günlərdə olduğu kimi səliqəli paltar geyinməməlidir.


1 “Təhzib əl-əhkam” c. 1, səh. 373.

2 “Dəaim əl-İslam”, с. 2, səh. 158.

3 “Ə1-Came əs-səğir” с. 1, səh. 71. 

4“Əl-Came əs-səğir”, с. 1, səh. 82. 

5 “әl əş-şərai”, səh. 583. 

6 “Əl-Came əs-səğir” с. 2, səh. 89. 

7“Üyun əxbar ər-Rza (ə)” c. 1, səh. 37. 

8 “Əl-Fəqih” с. 1, səh. 112. 

9 “Üyun əxbar ər-Rza (ə)” с. 1, səh. 315. 

10 “Məkarim əl-əxlaq” səh. 98. 3“31-Kafi” с. 6, səh. 98. 

11 “Məkarim əl-əxlaq” səh. 125. 

12 “Məkarim əl-əxlaq”, səh. 124. 

13 “Məkarim əl-əxlaq” səh. 124. 

14 Əl-Fəqih” с. 1, səh. 174.



www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))