Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » » Həzrət Peyğəmbərin (s) Su içməyinqaydaları haqqında dediyi hədislər
Русская версия сайта Русская версия сайта
sitename

(SU) İÇMƏK QAYDALARI

Әl yumaq:

 Peyğəmbər (s) buyurur: “Əllərinizi yuyun, sonra onlarda su için. Çünki heç bir qab əldən təmiz deyil” Əl-Came əs-səğir” с. 1, səh, 184,

Qabı başa çəkməmək:

Peyğəmbər (s) bu barədə buyurur: “Tuluğun (parç və tayqulp kimi qabların) başından su içməyin”

Məani əl-əxbar”, səh, 281,

 “Suyu dördayaqlılar kimi içməyin. Əllərinizlə için, çünki onlar sizin ən yaxşı qablarınızdır”. “Əl-Fəqih” с, 4, səh. 10. 

Qabın qızıldan olmaması: 

Peyğəmbər (s) buyurur: “Kim qızıl və gümüş qabda yemək yeyir və ya (su) içirsə, qarnını Cəhənnəm odu ilə yaxalayır” “Əl-Came əs-səğir” с. 1, səh. 184: “Əvali əl-ləali”, с. 4, səh. 8.

Qabın tutacaq tərəfindən içməmək: 

Peyğəmbər (s) buyurur: “Suyu qabın tutacaq səmtindən içməyin, çünki çirkin toplaşdığı yerdir” “Məkarim əl-əxlaq” səh. 424.

Sınıq tərəfdən içməmək: 

İmam Kazım (ə) buyurur: “Qabın sınıq tərəfindən (su) içməyin, çünki Şeytan (mikrob) yığnağıdır. Suyu içməyə “Bismillah”la başlayın, “Əlhəmdu lillah”la bitirin” “Məkarim əl-əxlaq” с. 5, səh. 151-152.  

Minnətdarlıq: Əmirülmöminin (ə) buyurur: “Peyğəmbər hər dəfə su 

içəndən sonra deyərdi: “Əlhəmdu lillahil-ləzi ləm yəcəlhu ucabən bizünubina və cəəlhu əzbən furatən binimətihi”” Tərcümə: “Suyu günahlarımıza görə acı etməyən, neməti olduğu üçün şirin və dadlı edən Allaha şükürlər olsuni” (“İrşad əl-qülub” səh. 37) 

Ayaq üstə dayanmaq: 

Əmirülmöminin (ə) buyurur: “Ayaq üstə su içməyin, çünki Allahdan başqasının çarə qıla bilməyəcəyi əlacsız dərd gətirir” “İləl-əş-şərai” səh. 460. 

İmam Sadiq (ə) gecə və gündüz su içmək arasında fərq qoyaraq, əslində, Əmirülmömininin (ə) kəlamını izah edir: “Gündüz ayaq üstə su içmək yeməyin həzminə kömək edir, gecə ayaq üstə su içmək isə səfra (sifraq) gətirir” “Əl-Kafi” с. 6, səh. 383. 

Başqalarından sonra içmək: 

Peyğəmbər (s) buyurur: “Başqalarına su verən özü hamıdan sonra içsin” 

Kənz əl-fəvaid” с. 1, səh. 170

İmam Sadiqin su içmək haqqında tövsiyələri: O həzrət buyurur: “Kim su içərkən bu qaydalara riayət etsə, Allah onu Cənnətə layiq edər: suyun olduğu qabı ağıza yaxınlaşdırdıqda “Bismillah” deyib içsin, susuzluğu yatmadan qabı ağzından çəkib, Allaha şükür etsin və yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin” Əl-Kafi”, с. 2, səh. 96-97. 

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))