Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » İslami qaydalara əsasən dəfn edilən Bəni-İsrail peyğəmbəri kimdir?
Русская версия сайта Русская версия сайта
sitename

İslami qaydalara əsasən dəfn edilən Bəni-İsrail peyğəmbəri kimdir?

[media=https://youtu.be/d8bCxO7rBjk]

Daniyal peyğəmbər (ə)

Yəhuda ibn Yəqub ibn İshaq ibn İbrahimin dördüncü nəvəsi hesab edilən Həzrət Daniyal "Bəni-İsrail" peyğəmbərlərindən biridir.

Daniyal nəbi Beytul-Müqəddəsdə anadan olub. Adının mənası "Allah mənim hakimimdir" deməkdir. 

Həzrət Daniyal qədim İran şahları Böyük Kir ( Kuroş) və Böyük Dara (Daryuş) zamanında yaşayıb.

Onun adı Qurani-Kərimdə keçməsə də tarixi faktlar, Qurandan öncəki səvami kitablar və İslami hədislərdə keçib.

Həzrət Daniyal yuxu təbiri və qəzavəti (məhkəmə hakimliyi) ilə məşhur olub. Qədim yazılan hər bir yuxu yozma kitabında onun adı keçib. 

İbri dilində olan müqəddəs kitablardan birinin adı "Daniyal kitabı"dır. Bu kitab Əhdi-Ətiqin 27-ci hissəsi sayılır və "məktublar" bölməsində yer almışdır. 12 fəsildən ibarət olan bu kitabı Həzrət Daniyal özü yazmışdır. Kitabın ilk yarısı (6 fəsl) Daniyal nəbinin həyatı və yuxu təbirlərini ehtiva edir. Kitabın ikinci yarısında Daniyal nəbinin öz yuxularından və həmin dövrün dövlətlərindən danışılır. Kitabın üçüncü yarısında (8-ci fəsildən 12-ci fəsilədək) axir-zamanda xilaskarın gəlişinə qədər baş verəcək hadisələr və müxtəlif hökumətlər barədə bəhs edilir.      

Həzrət Davud peyğəmbərin nəslindən olan bu peyğəmbər axir-zamanda İslam peyğəmbərinin məbus olacağı ilə bağlı da məlumat verib. 

Miladdan 655 il öncə Babil padşahı Nəbükadnessarın (Buxtun-Nəsər) Beytul-Müqəddəsə hücumu zamanı əsir düşən Daniyal nəbi yuxu yozma bacarığına görə Babil hakimiyyətinin saray əyanlarından birinə çevilir.

Babil İran şahı Kir (Kuroş) tərəfindən fəth edildikdən sonra bütün yəhudi əsirlər azad edilir. Daniyal nəbi isə Kirlə İrana gəlir. Kirin saray alimləri və vəzirləri sırasında böyük hörmətə sahib olur. 

Kirin vəfatından sonra Dara (Daryuş) hakimiyyəti ələ alır. Daniyal nəbi onun da sarayında öz məqamında qalır. Onun şaha daha çox yaxınlaşması və şahın digər vəzirlərə və saraya əyanlarına nisbətən daha çox Daniyal nəbiyə önəm verməsi saray əyanlarını və vəzirləri narahat etməyə başlayır. Daniyal nəbinin paxıllığını çəkən saray adamları onu şahın gözündən salmaq üçün plan hazırlayırlar. 

Onlar Şaha deyirlər ki, sən fərman imzalayıbsan ki, 30 gün heç kim səndən başqa kimdənsə nəsə istəməsin. Bu qanuna əsasən hamı bütün ehtiyaclarını səndən istəyir, Daniyal nəbi isə özünü ibadət etdiyi Allahdan başqa hər kəsdən ehtiyacsız hesab edir. 

Padşah məsələni eşidəndə işin nə yerdə olduğunu başa düşür və belə bir fərmanı imzaladığına görə peşiman olur. O, Daniyal nəbini nicat vermək üçün yollar axtarır. Amma madlar və parsların hakimiyyət qanunlarına əsasən padşahın imzaladığı fərman dəyişilməz idi. Buna görə də Daniyal nəbini "şirlər quyusu"na atırlar. Daniyal nəbi quyuya atılmağa aparılarkən padşah deyir: "Sənin ibadət etdiyin Allahdan istəyirəm ki, səni xilas etsin". 

Daniyal nəbi quyuya atılan gecə İran şahı narahatlığından yemək yemədi, yatmadı və sübhədək oyaq qaldı. Səhər açılan kimi Daniyal nəbinin atıldığı quyunun başına gələrək qəmli səslə dedi: "Ey Allahın xidmətkarı! İbadət etdiyin Allah səni şirlərdən xilas etdimi?"

Quyudan Daniyal nəbinin səsi eşidildi: Padşahın ömürü daimi olsun! Bəli, Mənim Allahım öz mələyini göndərdi və məni xilas etdi. Çünki Allahın hüzurunda mənim təqsirim yoxdur və sənə qarşı da xəta etməmişdim".

Bunu eşidən padşah çox sevindi. Əmr verdi ki, Daniyal nəbini quyudan çıxartsınlar. Sonra əmr verdi ki, Daniyala hiylə quranları quyuya atsınlar. Daha sonra İran şahı hakimiyyəti altında olan bütün şəhərlərə məktub yazaraq hamıdan Daniyal nəbinin təbliğ etdiyi dinə və Allaha inanmağı tələb etdi: "Əmr edirəm ki, mənim məmləkətimin hər yerində Daniyalın Allahına ibadət edilsin, ona ehtiram olunsun! Çünki o diri və əbədidir, onun qüdrəti sonsuzdur, nicat verən odur, bağışlayan da odur, yerdə və göydə möcüzələr yaradan da odur".

Məşhur tarixə əsasən Daniyal nəbinin məzarı hazırda İranın Şuş şəhərində yerləşir. Bəziləri isə onun qəbrinin Misr, İraq və ya Türkiyədə olduğunu da deyiblər. Bir nəqlə görə də Teymurləng Daniyal nəbinin qəbrini İrandan Səmərqəndə daşıtdırıb.

Daniyal nəbinin dəfni macərası


İranın fəthi müharibələrində Hormozan savaşından qayıdan Ərəb Xilafəti Ordusunun komandiri Əbu Musa Əşəri hazırdan İranın Xuzistan əyalətinin iki yaxın şəhəri olan Şuş və Şuştər ərazisindən keçərkən onların mumyalanmış bir cəsəd qarşısında dua etdiklərini görür. Yerli əhali ona deyirlər ki, bu Daniyal nəbinin cəsədidir. Bizim yağış problemimiz olanda türbədə tabutda saxlanılan bu cəsədi türbədən açıq səmaya çıxardır və dua edirik. Allah-Taala yağış yağdırır. Biz ona türbəyə qaytaran kimi yağış dayanır. 

Əbu Musa Əşəri bu barədə ikinci xəlifə Ömər bin Xəttaba yazır. Ömər isə bu barədə İmam Əli (ə) məsləhətləşir. İmam Əli (ə) buyurur: O, qardaşım Daniyal nəbinin cəsədidir. Ona qüls verin, kəfən edin, namaz qılın və üzü Kəbəyə dəfn edin. Sonra isə çayın suyunu onun dəfn edildiyi türbənin üzərinə döndərin ki, yaramaz adamlar qəbiri qarət etməsinlər". 

Həmin zamandan Həzrət Daniyal nəbinin məzarı Xuzistan əyalətinin Şuş şəhərində ziyarətgahdır. 

Daniyal nəbi İslam Peyğəmbərindən (s) sonra İslami qaydalar əsasında və üzü Kəbəyə dəfn edilmiş yeganə peyğəmbərdir.   



www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))