Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
» » » Peyğəmbər (s) kimi yaşamaq istəyənlər dinləsinlər!
Русская версия сайта Русская версия сайта
sitename
Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik: Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu: "Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz." Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib. Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir. SonUmid TV kanalına abunə olun: https://www.youtube.com/channel/UC1A8Udv7IesXpSuBTrW_FrA?sub_confirmation=1
www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))